Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib (Report).