ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Ağ Evin aparat rəhbəri vəzifəsinə Ron Kleyni təyin edib.
Eləcə də bax: "Baydenin prezidentliyi dövründə dolların ucuzlaşması - Davam Edəcək"
FED.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, 59 yaşlı Kleyn Obama administrasiyası dövründə ABŞ vitse-prezidentinin aparat rəhbəri olub və təyinat heç kim üçün sürpriz olmayıb.
Kleyn sabiq Prezident Donald Trampın koronavirus əleyhinə siyasətinin ən açıq tənqidçilərindən biri kimi də tanınır. (Qafqazinfo)