Ağ Ev ABŞ prezidenti Donald Trampın impiçmenti prosesini qanunsuz sayır və bununla bağlı araşdırmada iştirakdan imtina edir.
FED.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Stefani Qrişem bildirib.
Eləcə də bax: Tramp impiçment prosedurunun işə salınmasını - ÇEVRİLİŞ ADLANDIRIB
"Bu gün prezidentin hüquq üzrə məsləhətçisi Pet Çipollone Donald Trampın adından məktubu spiker Pelosiyə (Nensi, Nümayəndələr Palatası) və Konqresin komitələrinin başçıları Enqelə, Şiffə və Kamminqsuya göndərdi. Məktub göstərir ki, demokratların araşdırması hər hansı konstitusiya əsaslarından məhrum edilib", - Qrişem qeyd edib.
Onun sözlərinə görə, impiçment təşəbbüsü "vətəndaş azadlıqlarını və hakimiyyət orqanlarının bölgüsü prinsipini pozur, icra hakimiyyətinin nümayəndələrini cəza ilə hədələyir, ona görə ki, onlar öz konstitusiya hüquqlarını və müstəsna hüquqları müdafiə edirlər".
Bütün bunlar Qrişemin vurğuladığı kimi, konstitusiyanın müddəalarını pozur.
"Bu səbəblərdən icra hakimiyyətindən həmin siyasi teatrda iştirakı gözləmək olmaz və o, bu prosesdə iştirak etməyəcək", - mətbuat katibi vurğulayıb.
Onun sözlərinə görə, araşdırma "sırf siyasi səbəblər"dən keçirilir.
Ağ Ev demokratlara ABŞ Konqresində prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində onlarla əməkdaşlıq etməyəcəyi barədə xəbərdarlıq edib.
Report