ABŞ-ın, keçmiş Rus agenti Sergey Skripalin Böyük Britaniyada zəhərlənməsi səbəbilə Rusiyanın hava yolu şirkəti "Aeroflot"un ABŞ-a birbaşa uçuşlarını qadağan edəcəyi bildirilir.
FED.az xəbər verir ki, "Aeroflot"a qarşı ehtimal olunan sanksiyaı səbəbilə, şirkətin səhmləri Moskva Birjasında 12 faiz uculaşıb və 98,1 rublla düşüb.
ABŞ tərəfindən Rusiya banklarının dollar istifadəsinə dair də məhdudiyyətlər tətbiq edilə bilinəcəyinə dair xəbərlərə görə, Rusiyanın ən böyük bankı "Sberbank"ın səhmləri 5,8 faiz, ölkənin ən böyük ikinci bankı VTB-nin də səhmləri isə 7,6% ucuzlaşıb.
ABŞ Xarici İşlər Nazirliyi tərəfindən dünən verilən açıqlamada, Skripal və qızının İngiltərədə zəhərlənməsi səbəbindən Moskvaya tətbiq ediləcək yeni sanksiyaların 22 Avqustda qüvvəyə minəcəyi bildirilmişdi.
Sözügedən sanksiyalar çərçivəsində ilk fazada Rusiyanın ixracının və maliyyə daxilolmalarının məhdudlaşdırdığı qeyd edilib. Rusiyanın gələcəkdə kimyəvi silah istifadə etməyəcəyinə dair zəmanət verməməsi halında "Aeroflot"un ABŞ-a uçuşlarının əngəllənməsi daxil olmaq üzrə çox sayda əlavə sanksiyaların tətbiq ediləcəyi bildirilmişdi.