Acun Ilıcalı “TV8” telekanalını satıb-satmayacağı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. “FED.az” xəbər verir ki, “tv100”ün qonağı olan TV rəhbəri bu barədə düşünmədiyini bildirib:
“Hazırda 76 ölkədə veriliş yayımlayırıq. Rumıniya və Kolumbiyada uğurlu mövsümlər keçirdik. “Acun Medya” olaraq ölkə xaricində daha çox gəlir əldə etdik. Bu, Türkiyədə qazandığımızın beşqatı idi. Amma Türkiyədə çox xoşbəxtəm və xaricə köçmək barədə düşünmürəm. Mən küçələrdə yaşayan biriyəm. Bu yaxınlarda Almaniya bazarına da girməyi planlaşdırırıq”.
Acun çıxışında "TV8" telekanalını necə alması ilə bağlı da danışıb:
“O vaxt kanalı 70 milyon dollara aldım. Bu, önəmli sərmayə idi. 70 milyonu necə qazanmışdım? Bu, 10 il birinci olmağımın nəticəsi idi. Buna görə də o qədər pulu yığmağım normaldır. Bu məbləğin yarısı nağd idi, yarısı da kredit. “Show TV”dən 100 milyon alacağım var idi. 4 il mənə pul ödəyə bilmədilər. Mənim isə banklara 50 milyon boorcum var idi. “Show Tv” batsaydı, 7 ildə 700 dəfə birinci də olsaydım, mənfi 50 milyonla ortada qalardım”.