ABŞ rəsmi olaraq Türkiyənin F-35 proqramından çıxarıldığını bildirib.
Eləcə də bax: ABŞ Rusiyaya qarşı sanksiya - Tətbiq Edib
FED.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Türkiyənin F-35 proqramından çıxarıldığı barədə Ankaraya rəsmi olaraq bildiriş verdiyini açıqlayıb.
Anadolu Agentliyinə danışan ABŞ müdafiə rəsmisi bildirişin necə həyata keçirildiyi barədə ətraflı məlumat verməyib.
Nazirlik rəsmisi bildirib ki, 2006-cı ildə imzalanmaya açılan və 2007-ci ildə Türkiyənin daxil olduğu proqraman Ankara çıxarılıb. Nəticədə bu proqram qalan 8 iştirakçı ilə davam edir. Bunlar ABŞ, İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveç idi.
Bu proqram çərçivəsində Türkiyə ilki mərhələdə 100 ədəd F-35 təyyarəsi alacaqdı. Amma indiyədək bundan cəmi 6-sı alınıb.
Türkiyənin Rusiyadan S-400 sistemiləri alması səbəbindən isə ABŞ-la bu sahədə əməkdaşlıq pozulub.