ABŞ ilk dəfə olaraq neft daşıyan İran tankerlərini müsadirə edib.
Eləcə də bax: ABŞ İrana - SANKSİYALARI GENİŞLƏNDİRDİ
FED.a xəbər verir ki, «Wall Street Journal» qəzetinin məlumatına görə, həmin tankerlər İnrandan Venesuelaya neft daşıyırmış.
Qəzetin məlumatına görə, «Luna», «Pandi», «Bering» və «Bella» adlanan 4 tankerin hərəkət istiqaməti dəy işdirilib və artıq onlar ABŞ-ın Texas ştatında Hyuston şəhərinə gətirilir.
Qəzet yazır ki, amerikalılar tankeri həbs edəndə hərbi gücdən istifadə etməyiblər, amma tutulmanın detalları açıqlanmır.
«Associated Press» isə bildirir ki, fiziki olaraq tankerlər həbs edilməyib, sadəcə böyük ehtimalla ABŞ həmin tankerlərin sahibi olana şirkətləri, sığortaçılarını və tankerlərin kapitanlarını sanksiyalarla hədələyib. Nəticədə həmin tərəflər yükü ABŞ tərəfinə verməyə razı olublar və indi bu tankerlərdəki yük ABŞ mülkiyyətidir.