Rəsmi Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatların dayandırılmaması ilə bağlı Türkiyənin üç nazirinin adını sanksiyalar siyahısına əlavə edib.
FED.az xəbər verir ki, APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Eləcə də bax: Ankara Donald Trampın təhdidlərinə - CAVAB VERDİ
Adları sanksiyalar siyahısına əlavə edilən nazirlər Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və daxili işlər naziri Süleyman Soyludur.