ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələr keçirib.
FED.az xəbər verir ki, müzakirələrdən sonra keçirilən impiçment üzrə yekun səsvermənin nəticəsinə görə Donald Tramp bəraət alıb. Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib. Beləliklə, demokratların Trampa impiçment elan etməyə ikinci cəhdi uğurla nəticələnməyib.
Qeyd edək ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Belə ki, yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.
Xatırladaq ki, ABŞ tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduruna iki dəfə eyni, üstəlik keçmiş Prezident məruz qalırdı. Qətnamədə bir ittiham maddəsi var idi - üsyana təhrik.