ABŞ-da qeyri-adi bank soyğunçuluğu baş verib.
FED.az xəbər verir ki, hadisə Kolorado ştatının Kolorado-Sprinqs şəhərində baş verib. Bir nəfər bankı soyub, sonra küçəyə qaçaraq qarət etdiyi pulları havaya səpərək "Milad bayramınız mübarək", - deyib.
Eləcə də bax: Yaponiyada onlayn bank hesablarından oğurluq - REKORD HƏDDƏ ÇATIB
Hadisəni törədən şəxsin 65 yaşlı Devid Oliver olduğu müəyyənləşdirilib. Şahidlərdən biri KKTV telekanalına deyib ki, bayram arzularından sonra soyğunçu yaxınlıqdakı qəhvəxanaya gedib.
O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Polisin məlumatına görə, Devid Oliver tutulma zamanı müqavimət göstərməyib. Onun üzərində silah aşkarlanmayıb. Hadisə şahidləri nəşrə bildirib ki, yoldan keçənlər soyğunçu tərəfindən səpələnən pulları yığaraq əskinasları banka qaytarıblar.
Bankdan qarət edilən pulun məbləği açlqlanmır. Bununla belə, polis çavuşu Cim Ceffokat hadisə nəticəsində "minlərlə dollar"ın itdiyini bildirib.
Report