ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.
FED.az xəbər verir ki, sanksiyalar siyahısında səkkiz fiziki şəxs və Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” şirkətinin adı yer alıb.
Eləcə də bax: ABŞ üç ölkəyə qarşı sanksiya - TƏTBİQ ETDİ
Bununla yanaşı, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayev, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsev və Sevastopolun senatoru Yekaterina Altabayevanın adı “qara siyahı”ya salınıb.
Modern