ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
FED.az xəbər verir ki, Rusiyanın ABŞ-da yerləşən yüz milyonlarla dollarlıq aktivlərinə (əsasən şirkətlərin və şəxslərin əmlakları) istifadə edilməsinin qarşısını almaq məqsədilə əl qoyulub (blok edilib).
Sanksiyalar, ABŞ-da pisniyyətli kiber fəaliyyətlərə qarşı həyata keçirilən proqram çərçivəsində tətbiq edilib.
ABŞ-ın Xəzinə Nazirliyinin açıqlamasına görə, sanksiya siyahısında "Dive Techno Services" şirkəti ilə əlaqəli Anton Nagibin və Mariya Tsareva adlı şəxslər də yer alıb. Sanksiya siyahısına daxil edilən gəmilərin də "Gudzon" və "Primorye" dənizçilik şirkətlərinə aid olduğu qeyd olunub.