Moskva ABŞ prezidenti Co Baydeni Rusiya Federasiyasına girişi qadağan edən “stop siyahısı”na daxil edib.
FED.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Bayden ilə bərabər ABŞ dövlət katibi Entoni Blinkenə qarşı da sanksiyalar tətbiq edib.
Həmçinin Rusiyanın "qara siyahı"sına Psaki, Jacob Sullivan, Hillari Clinton və Pentaqonun rəhbəri Lloyd Austin daxildir.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın ABŞ-ın bir sıra sanksiyalarına cavabı ABŞ-ın hazırkı administrasiyasının son dərəcə rusofob kursunun qaçılmaz nəticəsi olub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva tezliklə ABŞ-ın yüksək səviyyəli rəsmiləri, hərbçiləri, qanunvericiləri və iş adamlarına qarşı sanksiyaların genişləndirilməsini elan edəcək.
"Rusiya Federasiyası ABŞ-la rəsmi əlaqələri saxlamaqdan, o cümlədən yüksək səviyyəli təmasların təşkilindən imtina etmir", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Kanadanın baş naziri Trüdonun da ölkəyə girişini qadağan edib.