ABŞ Polşa vətəndaşları üçün viza rejimini ləğv edir.
FED.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Eləcə də bax: Ukraynalılar Estoniyaya - VİZASIZ GEDƏCƏKLƏR
“Biz Polşa üçün viza qaydalarında istisnalar tətbiq edirik. Hazırda struktur üzərində işləyirik. Siz Polşa xalqına və ABŞ-dakı polyaklara deyə bilərsiniz ki, prezident Tramp bunu etdi və uzun müddətdir heç kim bunu edə bilməmişdi”, - deyə Tramp qeyd edib.
Viza rejiminin ləğvi iki ölkə başçısının müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə birgə imzaladığı bəyannamədən sonra mümkün olub. Eyni zamanda, Ağ Ev rəhbəri ABŞ-ın hərbi kontingentini Polşadan digər Avropa ölkələrinə köçürəcəyini əlavə edib.
Apa