ABŞ, Çindən idxal edilən texnologiya məhsullarına tətbiq etməyi planlaşdırdığı tarif artımını təxirə salmağa qərar verib.
FED.az xəbər verir ki, tərəflər arasındakı razılığa əsasən, Çin ABŞ-dan 40-50 milyard dollarlıq kənd təsərrüfatı məhsulları idxal edəcək. ABŞ Prezidenti Donald Trump bunun «böyük vətənpərvər fermerlər» üçün ABŞ tarixindəki ən böyük müqavilə olduğunu söylədi.
Eləcə də bax: ABŞ Çin məhsullarına əlavə rüsumların tətbiqini - TƏXİRƏ SALIB
ABŞ prezidenti Donald Trump, 15 oktyabr tarixində qüvvəyə minməsi planlaşdırılan Çindən idxal edilən 250 milyard dollarlıq məhsulun gömrük rüsumu artımının dayandırıldığını açıqlayıb.
Çinin Baş nazirinin müavini Lu Hının başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlardan sonra Trump Ağ Evə verdiyi açıqlamada bildirib ki, iki ölkənin illik 250 milyard dollarlıq ixrac məhsulundan tarif artımının 25 faizdən 30 faizə çıxarmağı təxirə salınıb.