Digər

ABŞ konqresmenləri Türkiyəyə qarşı sanksiyalar - HAZIRLAYIR

ABŞ konqresmenləri Türkiyəyə qarşı sanksiyalar - HAZIRLAYIR | FED.az
08:27 11 Okt 2019

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Suriyanın şimalında Ankaranın həyata keçirdiyi antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiyalar barədə qanun layihəsi hazırlayır.

FED.az xəbər verirki, bu barədə konqresmen Liz Çeynin açıqlamasında qeyd olunub.

Eləcə də bax: Tramp: ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar - TƏTBİQ EDƏ BİLƏR

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rejimi kürd müttəfiqlərimizə qarşı amansız hücumlara görə ciddi nəticələrlə üzləşməlidir” deyə, o bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar təkcə Türkiyənin Suriyanın şimalındakı əməliyyatına cavab deyil, eyni zamanda bu ölkənin ABŞ-ın Rusiya kimi rəqibləri ilə əməkdaşlığına reaksiyadır.

“Əgər Türkiyə onunla müttəfiq kimi davranılmasını istəyirsə, deməli, buna uyğun davranmalıdır”.

Report

Digər xəbərlər