ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq olunmasını pisləyir.
FED.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefan Qrişemin bəyanatında deyilir.
Eləcə də bax: İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - HÖKUMƏTDƏN XƏBƏRDARLIQ
"Birləşmiş Ştatlar İran xalqının rejimə qarşı dinc etirazlarını dəstəkləyir. Biz nümayişçilərə qarşı tətbiq edilən, ölümlə nəticələnən güc tətbiqini və sərt məhdudiyyətləri pisləyirik" - Ağ Evin açıqlamasında qeyd edilir.
Xatırladaq ki, İranda etiraz aksiyaları benzinin qiymətinin qalxmasına reaksiya olub. Bildirilir ki, cümə günü aksiyanın gedişatında bir nəfər həlak olub. İran hökuməti nümayişlərin fonunda ölkədə internetin kəsiləcəyi barədə xəbərdarlıq edib.
Oxu