ABŞ-ın ticarət naziri Vilbur Ross Prezident Donald Trampın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı yuxuya gedib.
FED.az xəbər verir ki, medianın yaydığı videoda siyasətçi yuxuya gedir. O təxminən 15 dəqiqə yuxuda olub. Daha sonra Ross gözlərini açıb və Trampın çıxışını dinləməyə davam edib.
Eləcə də bax: Tramp: “İrana qarşı sanksiyalar sərtləşdiriləcək”
Qeyd edək ki, Vilbur Ross bundan əvvəl də - 2017-ci ildə Səudiyyə Ərəbistanında Ərəb-İslam dünyasının liderləri ilə görüşən Tramp-ın çıxışı zamanı yuxuya getmişdi. Amma özü yatdığınlı inkar edib. Nazir isə eşitmə cihazı taxdığı üçün gözlərini yumduğunu və çıxışa fikrini cəmlədiyini bildirib.