ABŞ-ın dövlət borcu 23 trilyon dollara qədər artaraq rekord həddə çatıb.
FED.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş hesabatında deyilir.
Eləcə də bax: ABŞ-ın büdcə kəsiri 1 trilyon dollara çatıb – 7 İLİN REKORDU
Məlumata əsasən, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun oktyabrın 31-ə olan vəziyyətini əks etdirir.
Borcun 2017-ci ildə Donald Tramp ölkə prezidenti seçilən zaman 20 trln dollardan az olduğu bildirilir.
Qeyd edilir ki, borc defisitə görə sürətlə artıb.
Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ildə 30 trln dollara çatacağını proqnozlaşdırırlar.
Oxu