ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.
FED.az bildirir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib.
Eləcə də bax: ABŞ general Süleymanini qətlə yetirdi - Yaxın Şəqdə Müharibə Başlaya Bilər
Səfirlik ABŞ vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb: “Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”.
Amerikalılara öz ətraflarına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əlçatan yerlərdə saxlamaq tövsiyə edilib.
Bundan əlavə, fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunub.