Bildiyimiz kimi, 2020-ci ildə ABŞ-da prezident seçkiləri keçiriləcək. Namizədlər seçki kampaniyasına artıq hazırlaşmağa başlayıblar.
Qeyd edək ki, seçkilərdə ABŞ-ın hazırkı prezidenti Donald Tramp da iştirak edəcək.
Eləcə də bax: Tramp seçki kampaniyasının keçirilməsi üçün $125 mln. topladı – REKORD GÖSTƏRİCİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Forbes jurnalı prezidentliyə namizədlərin hər birinin maliyyə vəziyyəti barədə məlumat topladı. Sərvətinin həcminə görə reytinqin lideri Donald Trampdır.
-
Donald Tramp
Sərvəti: 3,1 milyard dollar
Donald Tramp – amerikalı dövlət xadimi, siyasətçi və sahibkardır. 20 yanvar 2017-ci ildən bu yana kimi Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsini icra edir. Keçmişdə əsas fəaliyyət sahəsi televiziya olmuşdur.
8 noyabr 2016-cı il prezident seçkilərində Donald Trump 306 səs toplayaraq Demokratlar Partiyasının nümayəndəsi olan Hillari Klintonu məğlub etdi.
O, prezident postunu tutmazdan əvvəl heç bir dövlət və ya hərbi vəzifədə olmayıb. Forbes jurnalının qiymətləndirmələrinə görə, Donald Tramp prezident vəzifəsini tutmuş ən zəngin insanlardan biridir.
Tomas Steyer
Sərvəti: 1,6 milyard dollar
Tomas Steyer – amerikalı milyarder, filantrop və siyasətçidir.
Donald Trampın prezident seçkilərindəki qələbəsindən sonra, onun impiçmenti üçün kampaniyaya başlayıb. Prezident Tomas Steyeri “crazed and stumbling lunatic” adlandırıb.
Alternativ enerji mənbələri axtarışında olan Steyer, NextGen America qrupunu yaratdı. 2016-cı ildə siyasətçi Demokratlar Partiyasının dəstəyinə və ekoloji kampaniyalara 65 milyon dollar vəsait xərcləmişdi.
9 iyul 2019-cu ildə 2020-ci il prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Con Delani
Sərvəti: 200 milyon dollar
John Delaney 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş siyasətçilərdən biridir.
Delaney 2020-ci il seçkilərində iştirak etmək niyyətini açıqlamış ilk demokrat idi.
1993-cü ildə Health Care Financial Partners (HCFP) qurucularından biridir. 2000-ci ildə Delaney CapitalSource-in həmtəsisçilərindən biri oldu.
Maykl Bennet
Sərvəti: 15 milyon dollar
Maykl Bennet – amerikalı siyasətçi, ABŞ-ın Kolorado ştatının senatoru və Demokratlar Partiyasının üzvüdür. Hindistanda, Nyu-Deli şəhərində anadan olub.
Ueslian Universitetini bitirib Yel Universitetində hüquq sahəsində təhsilini davam etdirmişdir.
2009-cu ildə Ken Salazarın istefasından sonra ABŞ Senatına təyin edilmişdir.
5. Elizabet Uorren
Sərvəti: 12 milyon dollar
Elizabet Uorren – amerikalı siyasətçi, ABŞ-ın Massaçuseç ştatının senatoru və Demokratlar Partiyasının üzvüdür.
2018-ci il 31 dekabr tarixində 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətini açıqlamışdı.
Uorren Demokratlar Partiyasının ən aktiv üzvlərindən biridir. 2014-cü ildə “Proqressivliyin on bir qaydası” nı dərc etmişdir.
Bunlara korporasiyaların sərt tənzimlənməsi, əlverişli təhsil, elmə və ətraf mühitin qorunmasına qoyulan sərmayə, şəbəkə neytrallığı, yüksək əmək haqqı, bərabər əmək haqqı, kollektiv müqavilə hüququ, sosial müdafiə, evlilik bərabərliyi, immiqrasiya islahatı və reproduktiv sağlamlığa universal giriş daxildir.
6. Co Bayden
Sərvəti: 9 milyon dollar
Co Bayden – amerikalı siyasətçi, Demokratlar Partiyasının üzvü və ABŞ-ın 47-ci vitse-prezidentidir. Vəzifəsinə 2009-cu ilin 20 yanvar tarixində Barak Obama ilə eyni gündə təyin edilmişdir.
ABŞ-ın vitse-prezidenti vəzifəsinə təyin olunmamışdan əvvəl Delaver ştatını təmsil edib (1973-cü ildən 2009-cu ilə qədər). 2017-ci ildə Pensilvaniya Universitetində beynəlxalq diplomatiyanı tədris etməyə başlayıb.
Co Bayden eyni zamanda diplomatiya, xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə məşğul olan yeni mərkəzə rəhbərlik edəcək. 24 aprel 2019-cu ildə Baydenin prezident seçkilərində iştirak etmək niyyətində olması məlum oldu.