Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirililib.
FED.az xəbər verir ki, prezident vəzifəsi uğrunda respublikaçı Donald Tramp və demokratların nümayəndəsi Kamala Harris mübarizə aparırlar.
Səsvermədən dərhal sonra səslərin sayılması başlayıb və artıq prezident seçkiləri ilə bağlı ilk nəticələr var.
Xatırladaq ki, seçkilərdə uğur qazanmaq üçün namizədlər müxtəlif ştatlarda olan seçki nümaynədələrinin 270 səsini toplamalıdırlar. Bu rəqəmə çatan namizəd qalib gələcək.
Bakı vaxtı ilə saat 8-10-ə olan vəziyyətə görə keçmiiş prezident Donald Tramp irəlidədir. Onun hələlik 214 səsi var. Rəqibi Kamala Harris isə hələlik 179 səs toplayıb.
Bəzi ştatlarda səslərin sayılması davam edir. İndiyə olan məlumata görə, Tramp səslərin sayıldığı 7 ştatda, Kamala Harris isə 5 ştatda liderdir.
Əhali sayına gəldikdə isə bu saata olan məlumata görə, Tramp 54 milyon 448 min seçicinin, Harris isə hələlik 49 milyon 266 min seçicinin səsini toplayıb.