Amerika Birləşmiş Ştatları, “Layiqli tərəfdaş – 2024” hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salmasından sonra Gürcüstana yardımı dondurub.
Aİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb
FED.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.
“ABŞ Gürcüstana yardımı dondurub, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da dayandırılıb”, - deyə Zeya Gürcüstana səfərinin yekunlarına dair danışarkən bildirib. (Report)