ABŞ alimləri istifadə olunduqdan sonra yeyilə bilən batareyaları cəmiyyətə təqdim etmişlər. Deyilənə görə insan orqanizmində həmin batareyalar həzm olunur. Həmin tədqiqat 252-ci Milli iclasda və Amerika kimyaçılar cəmiyyətinin sərgisində təqdim edilmişdir.
Həmin batareyalar dəridə, saçlarda və gözlərdə olan insan üçün təbii piqment sayılan melanindən hazırlanmışdır. 600 milliqram melanin tərkibli qurğu 5 millivatt gücündə olan datçiki 18 saat ərzində qidalandırmağa qadirdir.
Melanin ionları bir-birilə əlaqələndirməyə qadirdir (məsələn, orqanizmin normal iş prosesində iştirak edən mis, dəmir və manqan oksidi kimi). Bu piqmentdən əlavə qurğunun hazırlanmasında alimlər həmçinin pektindən (jele və cemlərdə istifadə olunan təbii gelformalaşdıran maddə) də istifadə etmişlər.
Batareyalar qurğu və avadanlıqların elektrik enerjisi ilə təmin edilməsi üçün lazımdır və onlar vasitəsilə orqanizm daxilində xəstəliklərin diaqnostikası aparılır. Onlar xüsusilə bağırsağın tədqiqatının aparılmasında, həmçinin dərman preparatlarının lokal çatdırılmasında istifadə edilə bilər.
Mənbə: Lenta.ru©