ABŞ prezidenti Cozef Bayden ölkədəki ictimai kolleclərin hər kəs üçün, dövlət kollec və universitetlərinin isə illik gəliri 125 min dollardan az olan ailələr üçün pulsuz olması təşəbbüsünü irəli sürüb.
Eləcə də bax: Baydenin seçki kampaniyasına xərclədiyi məbləğ - Açıqlanıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bayden Təhsil Nazirliyinə müraciət edərək, tələbələrə dəstək proqramı çərçivəsində kredit borclarının ödənilməsinə qoyulan moratoriumun bu il ən az 30 sentyabr tarixinə qədər uzadılmasını istəyib. Qeyd edək ki, mövcud moratoriumun müddəti yanvarın sonunda başa çatır. Ümumilikdə ABŞ-da tələbə kreditinin həcmi 1.5 trilyon dollar təşkil edir.