Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində səslərin sayılması davam edir.
FED.az xəbər verir ki, indiyədək 45 ştatda nəticələr məlum olub.
22 ştatda Co Bayden, 23 ştatda isə indiki prezident Tramp qalib gəlib.
Qaydalara görə, bütün ştatlarını ümumi səs sayı 538-dir. 270 və daha artıq səs toplayan namizəd prezident seçilir.
İndiyədək Bayden 248 səs, Tramp isə 214 səs toplayıb.
Hazırda 6 ştatda isə səslərin sayılması davam edir. Bunlar Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pansilvaniya və Alyaskadır.
Bir qədər əvvəl Viskonsin ştatında səslərin sayılması başa çatıb və ştatlda qalib gələn Co Bayden hesabına daha 10 səs əlavə edib.
Səslərin hələ sayıldığı ştatlardan
Corciya ştatı 16 səs verir. Burada 50,2%-48,6% hesabı ilə Tramp öndədir. Səslərin 95%-i sayılıb.
Şimali Karolina ştatı 15 səs verir. Burada 50,1%- 48,7% hesabı ilə Tramp öndədir. Səslərin 94%-i sayılıb.
Pensilvaniya ştatı 20 səs verir. Burada 52,9% - 46% hesabı ilə Tramp öndədir. Səslərin 84%-i sayılıb.
Alyaska ştatında cəmi 3 səs var. Burada 62,9-33% hesabı ilə Tramp öndədir. Səslərin 48%-i sayılıb.
Nevada ştatı 6 səs verir. Burada 49,2%-48,6% hesabı ilə Bayden öndədir. Səslərin 75%-i sayılıb.
Miçiqan ştatı 16 səs verir. Burada 49,6% - 48,9% hesabı ilə Bayden öndədir. Səslərin 98%-i sayılıb.
Göründyü kimi, Tramp liderlik etdiyi ştatlarda qaliö gəlsə belə cəmi 268 səs toplayacaq. Başqa sözlə, ona seçkilərdə qalib gəlmək üçün əlavə daha bir ştatda qələbə lazımdır.
Miçiqan ştatında səslərin 98%-nin sayıldığını nəzərə alsaq, burada dəyişikliyin baş verəcəyi inandırıcı deyil. tramp üçün yeganə ümid Nevada ştatı ola bilər. Buradakı 6 səs prezident seçkiləri üçün həlledici ola bilər.