Transparency International təşkilatı dünya ölkələrində korrupsiya hesabatları çərçivəsində ABŞ-da korrupsiyanın rekord həddə çatdığını bildirib.
Eləcə də bax: ABŞ-da Trampın lehinə və əleyhinə olan - ŞİRKƏTLƏR – SİYAHI
FED.az xəbər verir ki, təşkilatın son hesabatında 2019-cu ildə ABŞ-da korrupsiyanın 1995-ci ildən bəri ən yüksək həddə çatdığı bildirilir.
Qeyd edək ki, 2012-ci ildən bəri «Transparency International» ölkələrdə korrupsiyanın səviyyəsini 100 ballıq sistemlə qiymətləndirir. 100 balın olması korrupsiyanın olmamasını göstərir.
2019-cu il üzrə hesabata görə ABŞ-da korrupsiya göstəricisi 69 baldır. Bu kifayət qədər yaxşı olsa da, ABŞ-ın özü üçün pis göstərici sayılır. Bu göstərici ilə ABŞ dünyada korrupsiyanın azlığına görə, 23-cü yeri tutur.
Ümumiyyətlə hesabata göstərir ki, 2019-cu ildə Böyük 7-lik ölkələrində korrupsiyanın səviyyəsi artıb və hökumətlərin korrupsiya ilə mübarizəsi heç də həminə nəticə vermir.