ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumilikdə 1,32 milyard dollar dəyərində hərbi nəqliyyat vertolyotlarının və avadanlıqlarının satışını təsdiqləyib.
Tramp ərəb şeyxlərindən daha 2 trilyon «qopardı» - «İnvestisiya alveri» davam edir
FED.az xəbər verir ki, bu haqda Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Dövlət Departamenti Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə “CH-47F Chinook” vertolyotlarının və müvafiq avadanlıqların 1,32 milyard dollar məbləğində potensial Xarici Hərbi Satışını təsdiqləmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Müqavilə çərçivəsində BƏƏ altı vertolyot, həmçinin yanacaq çənləri, elektrik stansiyaları, naviqasiya cihazları, raket xəbərdarlığı sistemləri, pulemyotlar, həmçinin proqram təminatı və rabitə avadanlıqları almaq niyyətindədir. (Apa)