ABŞ Məhkəməsi Respublikaçılar partiyası üzvlərinin seçki bülletenləri ilə bağlı iddiasını təmin edib.
Eləcə də bax: Bayden səs sayımının dayandırılmasına - İmkan Verməyəcəyini Deyib
FED.az xəbər verir ki, partiya üzvləri öz iddialarında Pensilvaniya ştatında seçki günündən sonra daxil olan bülletenlərin digər bülletenlərdən ayrılmasını tələb etmişdilər.
Məhkəmənin qərarı ilə noyabrın 3-ü axşam saat 20-dən sonra daxil olan bülletenlər digərlərindən ayrı saxlanılacaq. Qərara əsasən həsmin bülletenlər ayrılacaq və «təhlükəsiz, etibarlı və möhürlənmiş konteynerdə saxlanılmalıdır».
Bu qərar Pensilvaniya ştatının bütün seçki dairələri üçün məcburidir.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, indiyədək Tramp 214, Bayden isə 264 seçici məmurunun səsini qazanıb. Seçkidə qalib gəlmək üçün 270 səs lazımdır.
Səsmlərin hələ tam sayılmadığı ştatlarda son vaxta qədər Tramp liderlik edirdi, amma poçtla gələn bülletenlərin daxil olmasından sonra Bayden önə keçib. Tramp tərəfdarlarının iddiaları da bununla bağlıdır.