Rusiyanın “Arqumentı i faktı” saytı dünyanın ayrı-ayrı şəhərlərində pivənin satış qiyməti ilə bağlı infoqrafika hazırlayıb.
FED.az xəbər verir ki, 0,5 litr (1 bakal) içkinin ən ucuzu Venesuelanın paytaxtı Karakas şəhərində (0.92 AZN), ən bahalısı isə Qətərin paytaxtı Doha şəhərində satılır (20.66 AZN).
Eləcə də bax: Bakıda araq və pivə istehsalı - DƏFƏLƏRLƏ ARTIB
Digər şəhərlərdə isə vəziyyət belədir: Xanoy (Vyetnam) – 1.44 AZN, Laqos (Nigeriya) – 1.62 AZN, Voronej (Rusiya) – 2.09 AZN, Minsk (Belarus) – 2.51 AZN, Praqa (Çexiya) – 2.85 AZN, Dehli (Hindistan) – 2.95 AZN, Rio-de-Janeyro (Braziliya) – 3.22 AZN, Lima (Peru) – 3.48 AZN, Zaqreb (Xorvatiya) – 3.74 AZN, Moskva (Rusiya) – 3.92 AZN, Banqkok – (Tayland) – 4.39 AZN, İstanbul (Türkiyə) – 4.97 AZN, Riqa (Latviya) – 5.52 AZN, Seul (Cənubi Koreya) – 5.60 AZN, Münhen (Almaniya) – 6.98 AZN, Amsterdam (Niderland) – 8.26 AZN, Ottava (Kanada) – 8.81 AZN, Milan (İtaliya) – 9.20 AZN, Melburn (Avstraliya) – 10.17 AZN, London (Böyük Britaniya) – 10.38 AZN, Kopenhaqen (Danimarka) – 11.09 AZN, Nyu-York (ABŞ) – 11.69 AZN, Paris (Fransa) – 11.97 AZN, Tel-Əviv (İsrail) – 14.22 AZN, Oslo (Norveç) – 15.69 AZN, Reykyavik (İslandiya) – 16.11 AZN.
Qafqazinfo