"Bayraktar"ın ixrac edildiyi ölkələrin sayı 24-ə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı "Sabah"a istinadla xəbər verir ki, bunu aviasiya sənayesinin ən böyük ixtiraçısı olan "Bayraktar TB2” pilotsuz uçuş aparatını istehsal edən “Baykar” şirkətinin Baş direktoru Haluk Bayraktar Türkiyə mətbuatına açıqlamasında deyib.
Haluk Bayraktar bildirib ki, "Bayraktar TB2" 4 il ərzində dünyada ən çox ölkəyə ixrac edilən PUA-dır (pilotsuz uçuş aparatı).
O,Türkiyə müdafiə sənayesinin hər il 15 faiz böyüdüyünü açıqlayaraq "Bayraktar TB2"nin də dünya səviyyəsində axtarılan bir məhsula çevrildiyini bildirib:
"Bayraktar TB2"in satışı ilə bağlı 24 ölkə ilə ixrac müqaviləsi imzalanıb. Bu, böyük bir hadisədir. "Bayraktar TB2" 4 ildə dünyanın ən çox ölkəsinə ixrac edilən silahlı pilotsuz uçuş aparatıdır".