Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bu gün 22 ölkənin İranı Hörmüz boğazının blokadasına son qoymağa və Fars körfəzindəki mülki enerji obyektlərinə hücumları dayandırmağa çağıran bəyanat yayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BƏƏ-dən əlavə, bəyanatı İran hücumlarından zərər çəkmiş Bəhreyn, 15 Avropa ölkəsi - Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Latviya, Litva, Hollandiya, Norveç, Rumıniya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, İsveç, Estoniya və digər bölgələrdən beş ölkə - Avstraliya, Yeni Zelandiya, Kanada, Cənubi Koreya və Yaponiya da imzalayıb.
Bu ölkələrin hamısı Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək və İslam İnqilabı Keşikçiləri Korpusunun bölgədəki ABŞ-a məxsus olmayan hədəflərə raket və pilotsuz təyyarə hücumlarına son qoymaq istəklərini bəyan ediblər.
Birgə bəyanatda deyilir: "İranın Fars körfəzində silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz obyektləri də daxil olmaqla mülki infrastruktura hücumlarını və İran qüvvələri tərəfindən Hörmüz boğazının bağlanmasını ən sərt şəkildə pisləyirik".
Sənəddə həmçinin İranı Fars körfəzindəki mülki hədəflərə hücumları və hücum təhdidlərini dayandırmağa çağırılır. Ölkələr İran müharibəsinin inkişafı ilə bağlı son dərəcə narahatlıqlarını ifadə ediblər.











