2019-cu ilin ən güclü valyutaları açıqlanıb.
FED.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu il maliyyə bazarlarları üçün pozitiv il olub. Əksər riskli aktiv hesab olunan valyutalar 2019-cu ildə artım nümayiş etdiriblər. Belə liderlərdən biri də Rusiya milli valyutası olub.
Eləcə də bax:2019-cu ildə dünyanın - ƏN ZƏİF VALYUTALARI - SİYAHI
2018-ci il valyutalar üçün çox məyus edici il olub. Lakin 2019-cu ildə Rusiya milli valyutası 2018-ci illə müqayisədə uğursusuzluqları kompensasiya edib.
2019-cu ilin əvvəlində 1 dollar 70 rubl olduğu halda axırıncı ticarət sessiyasında 62 rubldan da aşağı enib. 2019-cu ildə Rusiya rublunun möhkəmlənməsinin iki əsas səbəbi olub.
Birinci əsas səbəb odur ki, ilin əvvəlində Rusiya dövlət borcuna qoyulan investisiyaların təxminən 8.5% gəlir gətirib. Bundan əlavə, Rusiya Bankı il ərzində dərəcələri aktiv şəkildə aşağı salıb və nəticədə OFZ dəyəri əhəmiyyətli dərəc ədə artaraq investorlara əlavə gəlir gətirib. Digər bir səbəb isə neft qiymətlərinin artması olub ki, bu da həmişə rusiya rublunun məzənnəsinə müsbət təsir edib.
Misir funtu
Ötən il ən güclü valyutalardan biri də Misir funtu olub. Son illərdə Misir funtu məzənnəsi 1 dollar üçün 17-18 funt arasında dəyişirdi. Lakin nəhayət 1 dollar 16 funt təşkil edib. Yaxşılaşma əsasən qaz istehsalı və turizm sahəsində müşahidə olunub. Həmçinin ölkə daxili pul köçürmələrinin artması da Misir milli valyutasının məzənnəsinə müsbət təsir edib.
Yapon Yeni
Ötən il həmçinin Yapon yeni üçün də düşərli olub. Beynəlxalq valyuta bazarında Yaponiya yeninin çox əhəmiyyətli yeri var. Lakin illin əvvəlindən demək olarki yenin tutduğu mövqe də dəyişiklik olmamağına baxamayaraq , bu valyutanın dinamikası diqqətə layiq olub.
2019-cu ilin birinci yarısında yen bir qədər zəifləsə də , sonradan möhkəmlənməyə başlayıb. Avqustda isə dollar / yen cütlüyünün kotirovkaları 2017-ci ildəki ucuzlaşmaları yeniləyib.
Əlavə edək ki, 2012-ci ildə Yapon yeninin məzənnəsi 1 dollar üçün 75-85 yen arasında dəyişib. Lakin sonrdan Yapon hökuməti ixracı dəstəkləyə bilmək üçün yenin məzənnəsini aşağı salıb. 2018-ci ilin sonunda yen və dollar məzənnəsi maksimal həddə çatıb. Qeyd edək ki, həmin vaxt 1 dollar 114 yen olub . Lakin sonradan yenin möhkəmlənməyə başlayıb.
Ukrayna qrivnası
2019-cu ildə Ukrayna qrivnası fenomen dinamika sərgiləyib. Qrivna dollar qarşısında 15% dək möhkəmlənib. Qrivanın möhkəmlənməsinə əsas səbəblərdən biri, ölkədə hakimiyyət dəyişikliyi, Vladimir Zelenskinin seçkilərdəki qələbəsi investorlara dəyişiklik üçün ümid verib. Üstəlik, bu hadisələr inkişaf etməkdə olan ölkələrin aktivlərinin sürətlə artması ilə üst-üstə düşüb.
Kanada dolları
2018-ci ilin autsayderlərindən olan Kanada dolları 2019-cu ildə özünə layiqli yer tuta bilib. 2018-ci ildə neft qiymətinin aşağı enməsi kanada dollarına da təsirsiz ötüşməyib. Lakin 2019-cu ilin əvvəlindən neft qiymətləri bərpa olunmağa başlayıb və nəticədə Kanada dolları artım nümayiş etdirib.