Artur Oqanisyan əslən Gümrüdən olan Fransa vətəndaşıdır, könüllü döyüşmək üçün Dağlıq Qarabağa gəlib. Lakin Azərbaycan Silahlı Qüvvələrinin onun döyüşdüyü Cəbrayıl şəhərini işğaldan azad etməsindən sonra geri dönməyə qərar verib.
Eləcə də bax: 250 erməni əsgəri təslim oldu - TRH Haber
FED.az Banker.az-a istinadən Oqanisyanın Rusiyanın novayagazeta.ru saytına verdiyi müsahibədən önəmli məqamları təqdim edir:
– Onlar (Ermənistan hökuməti) insanları aldadırlar, 18 yaşlı əsgəri təkcə avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən gödəkçə yoxdur. Orada heç nə yoxdur!
– Ərzaq maşını gəlir, yolda hər şeyi boşaldır, gedir. Əgər yemək istəyirsənsə, Qradın altında 4 km yol getməlisən.
– Dünən gecə Hadrutda olduq, zabitlər gəlmişdi. Dedilər ki, komandiri mühakimə edəcəklər. O, gecə bütün cavanları yığıb və Cəbrayıldan getmələrini söyləyib. O, rəhbərliyin əmrinə qulaq asmayıb. Həmin komandir özü bunları dedi: “Bunlar cavan uşaqlardır, 10 gündü orduya çağrılıblar və artıq əllərinə avtomat veriblər”. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən hərbi xidmətdə olmuşam, hərçənd orda bu da kömək etməyəcək. Avtomat aviasiya və artilleriyaya qarşıdır. Mən orda canlı meyidəm.
– Bizim xətdə təkcə mənim gözümün qabağında 200 nəfər həlak oldu. Ümumilikdə isə orada minlərlə nəfər ölü var.
– Bu müharibəyə baxandan sonra başa düşdüm ki, hər şeyi verəcəyik. Onlar Laçını götürmək istəyirlər, ancaq elə kökləniblər ki, Ermənistana da gedə bilərlər.