Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fed.az-a verilən məlumata görə sabah (19 oktyabr 2016 tarixində) Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal- şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Oktyabrın 19-da Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Oktyabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdlü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havanın üstünlüyü və iqlim normasından xeyli aşağı temperatur şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
19 oktyabrda gözlənilən hava şəraiti
13:19
18 Okt 2016