Şəxsi kitab mağazası və Böyük Kitablar vebsaytı üçün redaktor Aaron Xiklin insanlardan xahiş etmişdir ki, onlar bir səhra adasında təkbaşına qalsaydılar özləri ilə ora aparacaqları 10 kitab adı çəksinlər. Sorğuda iştirak edən insanlardan biri də Tilda Svinton idi. Tildanın siyahısında yer alan 10 kitab aşağıdakılardır:
1. Mahmud Dərviş “Bədbəxtlikdən bu, cənnət idi: Seçilmiş şerlər”
Fələstin xalqının nəfəsi adlandırılan fələstinli şair Dərviş yazdığı bütün şerlərində ana torpağına olan sevgisini dərin hisslərlə və ağrıyla ifadə edirdi. Onun vətən sevgisi mükəmməlliyi və son dərəcədə konkretliyi ilə seçilir. Dərviş hər zaman ürəklərdə qalacaq əsl ustad və şair idi.
-
Con Berqer “Bentonun Eskiz Dəftəri”
Bizim çağdaşımız olan Con Berqer 17-ci əsr filosofu Benedikt Spinozanın maarifçilik fikirlərinə əsaslanaraq yazır. O, həmçinin filmlər və sənədli filmlər üçün də ssenarilər yazır.
-
“Une Vie Exemplaire,” Floc’h
Bu, həyat üçün toplanmış zərif təsvir olunan kiçik hikmətlərdən ibarət yığcam və ətraflı kitabçadır. İstənilən yaş dövründə oxuya biləcəyini bu kiçik cib kitabçasında bir sıra məsləhətlər də tapa bilərsiniz, burada “Live the seasons”, “Lose time in chatting”, “Don’t be afraid to get wet,” və “Go from time to time to Scotland” kimi bölmələr də öz əksini tapmışdır.
-
Mişel de Monten “Tam Esselər”
Bu kitab mənim fikrimcə dünyanın istənilən yerində mehmanxana masalarındakı Gedeonu əvəz edə bilər. Həmçinin hər birimiz üçün gözəl yol yoldaşı ola bilər. O, şübhənin hisslərinizə nə dərəcədə mənfi təsir etməsi barədə hər zaman sizə xatırladacaqdır: 16-cı əsrdən bu günə qədər və hər zaman.
-
Muriyel Spark “Sürücü oturacağı”
Çox oxunaqlı və məsləhətli əsərdir.
-
Qavin Maksvel (ing. Gavin Maxwell) "Şəffaf su halqası”
Məşhur şotland yazıçılarından biri idi. Bu kitab Şotlandiyanın uzaq qərb hissəsindəki həyat xronikasını əks etdirir. Hətta 60-cı illərin Disney klassik uşaq filmlərində də yer almışdı. Lakin kitab kinoda əks etdirilməyən çox dərin və böyük mənaya malikdir.
-
Duqlas Bottinq “Qavin Maksvel: Həyatı”
“Yaxşı dəyərləndirə bilməniz üçün və parlaqlığına görə mən Duqlas Bottinqin Maksvel bioqrafiyasını da siyahıya daxil etmək istərdim” deyə Suinton vurğulamışdır. Bu kitab gözəl insan, səyahətçi, naturalist, köpəkbalığı ovçusu/balıqçısı, incəsənət tarixçisi, klassik romantizm avantüristi, öz şəxsi dramasının faciəvi qəhramanı barədədir. Bu kitab həmçinin əfsanəvi enerji, idealistik cəsarət və ürəkparçalayan həyəcan hissi ilə bir dost tərəfindən yazılan böyük həyat hekayəsini əks etdirir.
-
Nensi Mitford “Soyuq iqlimdə sevgi”
Ledi Montdor ingilis ədəbiyyatında ən böyük obrazlardan biridir. Metyu dayı, Sedrik isə digər böyük obrazlardır. Bu kitabda ingilis aristokratiyaının hiss və ehtirasları nəzərəçarpan dərəcədə əks olunmuşdur.
-
“Norman Makkeyqin seçilmiş şeirləri”
İkili xarakter Şotland incəsənətinə xas xüsusiyyətlərdəndir: ehtiras və kalvinizm, şərq və qərb, dağ və paytaxt səkiləri kimi xüsusiyyətlər. Makkeyq də məhz bu cəhətləri öz yaradıcılığında böyük həvəs və coşğu ilə əks elətdirmişdir. (Həmçinin Robert Luis Stivensonun “Doktor Cekil və cənab Hayd barədə qəribə hekayə” adlı əsərinə də baxa bilərsiniz.)
-
Derek Jarman “Müasir Təbiət”
Burada sevinc, həyat və daha çox yaşam, küçə küncləri, daşdan düzələn bağlar, filmlərin yaradılması, sevgi barədə bəhs edilir.
Mənbə: www.nytimes.com