“Citigroup” böyük məvacib alan işçilərindən biri ilə yollarını ayırıb. Bu şəxs bankın 31 yaşlı bankiri Paras Şahdır.
Eləcə də bax: 29 yaşlı milyonçu gəlirinin 99%-ə qənaət edir – «Bahalı şeylər almıram»
FED.az xəbər verir ki, “Citigroup”un adı qeyd edilən şəxslə “yollarını ayırması”na səbəb onun yeməkxanadan sendviç oğurlaması olub. Məlumat üçün bildirək ki, Paras Şahın illik gəliri 1 milyon funt sterlinqdir.
Qeyd edək ki, Şah «Citigroup»da Avropa, Yaxın Şərq və Afrika üzrə yüksək gəlirli istiqrazlarla əməliyyatların rəhbəri vəzifəsində 2 il çalışıb. Bundan əvvəl isə o HSBC Bankda 6 il çalışıb.
Şahın xanımı isə Enfildə qızıl firmasına başçılıq edir.
Sosial şəbəkələrdəki fotoları keçmiş bankirin kasıb həyatı keçirmədiyini göstərir. O Uimbldon və Old Trafford stadionlarında tanınmış idmançılarla, eləcə də BBC-də ilin adamları sayılan şəxslərlə fotolar çəkdirir.
Hadisə ilə bağlı nə Şah özü, nə də Citigroup suallara cavab verməyib.
Bu Paras Şahın ilk belə işi deyil. Bundan əvvəl o Yaponiyanın “Mizuho” Bankında bankir dostunun velosipedindən dəyəri 5 funt sterlinq olan detalı oğurladığı üçün işdən uzaqlaşdırılmışdı.