Bu il Qobustan rayonunda 70 min 236 ton taxıl istehsal edilib.
FED.az-ın məlumatına görə, bunu Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda 2018-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bildirib.
ELƏCƏ DƏ BAX: Rayonda mal-qara sürətlə azalır – HESABAT
İcra Hakimiyyətinin başçısı deyib ki, bu, rayon tarixində ən yüksək göstərici olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,0 min ton və ya 31,8 faiz çoxdur. İstehsal olunmuş taxılın 48236 tonu buğda (ötən ildəkindən 14,3 min ton çox) 22,0 min tonu arpa (ötən ildəkindən 2,6 min ton çox) təşkil edir. Buğda sahəsi üzrə məhsuldarlıq 23,1 sentner (ötən illə müqayisədə 1,6 sentner çox), arpa üzrə isə 22,5 sentner (ötən ildəkindən 1,7 sentner çox) olub: “Onu da qeyd edək ki, bu il əkin sahəsinin çox olmasına baxmayaraq (30936 ha əkin sahəsi olub ki, bu da ötən ildəkindən 5835 ha çoxdur) biçin işləri mütəşəkkil təşkil edilmiş və vaxtında başa çatdırılıb”.
Qobustan rayonunda – TARİXİ GÖSTƏRİCİ
20:35
16 Noy 2018