FED.az xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.
Olduqca səmimi və şəffaf şəraitda keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bağırlı kənd sakinləri kənddə yeni məktəb binasının inşasını, Hacıqədirli kənd sakinləri isə suvarma suyu infrastrukturunun yaradılmasını əsas problem kimi qaldırıb.
Vətəndaşlara bu problemlərin Dövlət Proqramları çərçivəsində öz həllii tapacağı bildirilib.
Eləcə də bax: Milli Məclis «xaltura» edir? - Qanunlar düzgün qəbul olunmur - EKSPERT
