Fevralın 9-11-də Türkiyənin İstanbul şəhərində keçirilmiş “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisində Azərbaycanın mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim ediblər.
Eləcə də bax: Pandemiyada yaranmış, 3 karantin, 1 müharibə görmüş - 2 XANIMIN BRENDİ - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun dəstəyi ilə istehsalçılar tərəfindən “Made in Azerbaijan” stendində müxtəlif geyimlər, uniformalar, çanta və aksessuarlar, parçalar, Azərbaycan kəlağayısı və digər məhsullar nümayiş olunub. Ümumilikdə Azərbaycanı sərgidə 21 mikro, kiçik və orta sahibkarlıq subyekti təmsil edib. Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.
Eləcə də bax: Azərbaycan Türkiyədə keçiriləcək geyim sərgisində - İŞTİRAK EDƏCƏK