Azərbaycan fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “LifeStyle Türkiyə 2022 Qadın Hazır Geyim Sərgisi”ndə iştirak edəcək.
Eləcə də bax: Pandemiyada yaranmış, 3 karantin, 1 müharibə görmüş - 2 XANIMIN BRENDİ - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə türk mətbuatı yazır.
Eləcə də bax: Azərbaycan keçən ay Türkiyədən 3,5 milyon dollarlıq - GEYİM ALIB
Tədbir Federal Sərgi və Konqres İdarəsi tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil ediləcək. Sərgidə 16 mindən çox yeni dizayn və kolleksiya nümayiş olunacaq.
Sərgidə 110 istehsalçı, 150-dən çox brend marka və xaricdən dəvət olunmuş 4,5 min mağaza, butik və topdansatış müəssisələrini bir araya gətirmək planlaşdırılır.
Qadın Hazır Geyim Sərgisi Türkiyədə altıncı dəfədir keçirilir.