Banner

Biznes

Vergilər Nazirliyi: Zəncəfilin qiymətini süni qaldırıblar

Vergilər Nazirliyi: Zəncəfilin qiymətini süni qaldırıblar | FED.az
20:40 1 Aprel 2020

Koronavirus (COVİD-19) infeksiyasına yoluxmaq təhlükəsi yaranandan sonra sarımsaq, zəncəfil, istiot və bəzi digər məhsullara tələbat artıb. Bu məhsullara tələbatın artması qiymətlərin də artması ilə müşahidə olunur və son zamanlar sosial şəbəkələrdə bu barədə geniş müzakirələr aparılır, xüsusilə də zəncəfilin qiymətinin dəfələrlə qalxdığına aid paylaşımlar edilir.

«Xaricdən 2 manata gətirib, Bakıda - 45 MANATA SATIRLAR»

FED.az biznes və maliyyə xəbərləri portalının "Report"a istinadən məlumatına görə, Vergilər Nazirliyi bildirib ki, zəncəfilin qiymət artımı ilə bağlı aparılmış araşdırmalar göstərir ki, zəncəfilin Azərbaycana idxalı ilə 100-dən çox hüquqi və fiziki şəxs məşğul olur.

Biznesə dəstək üçün hökumətin atacağı - 9 ADDIM – DETALLAR, MÜSAHİBƏ

Onlardan daha çox məhsul idxal etmiş 10 vergi ödəyicisinin materiallarının təhlili nəticəsində müəyyən edilib ki, bu məhsulun ölkəyə idxalı zamanı qiymət artımı qeydə alınmayıb:

“Ötən il ölkəyə 344 ton zəncəfil idxal olunub və məhsulun kiloqramının orta qiyməti 3 manata yaxın olub. Bu ilin ilk 3 ayında isə ölkəyə 58 ton zəncəfil idxal olunub və məhsulun kiloqramının orta qiyməti 2,88 manat təşkil edib. Ötən il ölkəyə idxal olunan zəncəfilin ümumi dəyəri 1.039 min manat, cari ildə isə 170 min manat olub”.

Vergilər Nazirliyi bildirir ki, ölkə daxilində təqdim edilmiş elektron qaimələr üzrə aparılmış araşdırmaların nəticələri də zəncəfilin topdan satış qiymətində ciddi artımın olmadığını göstərir. Mövcud sənədlərə əsasən, zəncəfilin topdansatış qiymətinin 1 kiloqramı 3-6 manat civarında dəyişir. Bununla yanaşı, pərakəndə satış obyektərində aparılan monitorinqlərə əsasən, zəncəfilin kiloqramı şəbəkə marketlərində ilin əvvəllərində 9-14 manat, satış nöqtələrində isə 23-25 manata satılıb. Bəzən isə bu qiymətlər mətbuatda göstərildiyi kimi, daha yüksək olur.

Sahibkarlara 500 milyon güzəştli kredit! – HÖKUMƏT ŞƏRTLƏRİ AÇIQLADI

Qeyd edək ki, rəsmi qurumlar zəncəfilin idxal və topdansatış qiyməti ilə bağlı vəziyyətin sabit olduğunu bildirir. Belə çıxır ki, pərakəndə ticarətdə qiymət artımı üçün əsaslı səbəb yoxdur və bu, süni olaraq baş verib. Bəzi “fürsətçilər” yaranmış vəziyyətdən istifadə edərək məhsulu qat-qat baha qiymətə satmağa cəhd edirlər. Qiymət artımları, böyük ehtimalla, idxalçıların, topdansatışla məşğul olan şirkətlərin pərakəndə ticarətçilərlə “işbirliyi” nəticəsində baş verir. Məqsəd isə aydındır: daha çox gəlir əldə etmək. İndi qalır belə “fürsətçilərin” aşkarlanıb məsuliyyətə cəlb edilməsi və ümid edirik ki, yaxın günlərdə bu məsələ də həllini tapacaq.

Azərbaycanda 100 mindən çox ticarət işçisinin maaşını - DÖVLƏT ÖDƏYƏCƏK

Digər xəbərlər

Banner