Azərbaycanda biznesə dəstək üçün həyata keçiriləcək tədbirlər məlum olub.
FED.az xəbər verir ki, dəstək tədbirlərindən biri güzəştli kreditlərin verilməsinə aiddir.
Bu kreditlər papandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək.
Yeni verilən bank kreditlərinin həcmi 500 milyon manat olacaq. Bu kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək.
Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmayacaq, müddəti 3 ilədək olacaq.
Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiya ediləcək.