Vəzifənin adı: Mühasibatlıq şöbəsi, Böyük mühasib
Vəzifə öhdəlikləri:
• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin etmək;
• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
• Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirmək;
• Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyanın aparılmasında iştirak etmək;
• Maliyyə nəzarəti sahəsində fəaliyyət planlarının hazırlanması və icrasını təmin edilməsi;
• Maliyyə siyasətinə uyğun olaraq Şirkətin xammal-material, məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edilməsi;
• Vergi uçotunun aparılması;
• Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
• Maliyyə vəsaitlərinə olan tələbat və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi.
Təhsil/Təcrübə:
• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Əmək və Vergi məcəllələrini, DSMF-nin aidiyyəti qanunvericiliyini;
• ACCA, CİMA, CFA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı, MS Office proqramları üzrə qabaqcıl istifadəni;
• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə metodiki-normativ və başqa rəhbər materialları;
• Cəmiyyətdə mühasibat hesabının metod və formalarını bilməli;
• Uçot və hesabatı bilməli;
• Hesabatların plan və korrespondensiyasını bilməli;
• Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
• Sənədlərin rəsmiləşdiliməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydasını bilməli;
• Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu bilməli;
• Hesablama texnikasının istismarı qaydasını bilməli;
• İqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını bilməli;
• Azərbaycan və rus dillərini sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dili biliyi arzuolunandır).
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş vaxtı: 09:00 – 18:00
• İş qrafiki: 5 gün
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasibatlıq şöbəsi, Böyük mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.