Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2020-ci ilin İyul ayında 97 milyon 400 min manat azalaraq 11 milyard 692 milyon manata düşüb.
Eləcə də bax: Azərbaycan banklarının - Kredit Qoyuluşu Artıb
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 7 ay ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 1 milyard 126 milyon 700 min manat azalıb. Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 milyard 818 milyon 700 min manata çatmışdı.
İyulda hüquqi şəxslərin müddətli depozitləri 43 milyon 600 min manat artaraq 2 milyard 592 milyon 900 min manat təşkil edib, tələbli depozitlər isə 141 milyon manat azalaraq 9 milyard 99 milyon 100 min manata düşüb.
Tələbli depozitlər 7 ay ərzində isə 1 milyard 114 milyon manat azalıb. (Marja)