“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin direktoru Ruslan Cəfərov şirkətin səhmlərinin 100%-ni əldə etdikdən sonra yeni rəhbər təyin edib.
“Bank BTB”nin satdığı törəmə şirkətin yeni sahibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “BTB Kapital İ.Ş.” ASC səhmdarının qərarı ilə Cəfər İbrahimov Qəməddin oğlu direktor təyin edilib.
Ötən ay açıqlanmışdı ki, Ruslan Cəfərov Nazim oğlu “BTB Kapital İ.Ş.”ni “Bank BTB” ASC-dən satın alıb. Səhmlərinin cəmi nominal dəyəri 350 min manatdır.
Bu satınalmaya qədər kapital bazarında təcrübəyə sahib olan Ruslan Cəfərov investisiya şirkətində baş icraçı direktor idi.
“BTB Kapital” ölkədaxili fond bazarı ilə yanaşı, dünyaya çıxışı olan fyuçerslər və eləcə də səhm bazarı üzrə müxtəlif platformalar üzərindən brokerlik həyata keçirir.
2023-cü ilin ilk rübündə Bakı Fond Birjasında 167.92 mln. manatlıq dövriyyəyə sahib olub.