Qarabağ uğrunda Vətən müharibəsi başlayandan Veysəloğlu Şirkətlər Qrupu dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib.
Eləcə də bax: Veysəloğlu Şirkətlər Qrupu “YAŞAT” Fonduna - 1 Milyon Manat Köçürdü
FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun 637 əməkdaşı 2-ci Qarabağ müharibəsində iştirak edib. Onlardan 12 nəfər torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 1 nəfər itkin düşüb.
Hərbi əməliyyatlar zamanı yaralanan 24 nəfər əməkdaşın isə tibb müəssisələrində müalicələri davam etdirilir.
Eləcə də bax: Veysəloğlu Şirkətlər Qrupunun 12 əməkdaşı - QARABAĞDA ŞƏHİD OLUB
Şirkətlər Qrupu rəhbərliyinin qərarına əsasən, bütün şəhid olan əməkdaşların ailələri himayəyə götürülüb. Belə ki, rəsmi qərara görə, şəhid olan əməkdaşların orta əmək haqqı bundan sonra onların valideynləri, həyat yoldaşları və övladlarına yönlədiriləcək.
Əgər şəhidin şirkətdə işləyərkən tutduğu vəzifə üzrə əmək haqqında artım olarsa, müvafiq olaraq ailəyə verilən ümumi məbləğ də artırılacaq.
Hərbi çağırış dövründə valideyni, övladı və ya həyat yoldaşı şəhid olmuş əməkdaşlara isə 3000 manat həcmində birdəfəlik müavinət veriləcək.
Bundan əlavə, hərbi çağırışdan qayıtdıqdan sonra əməkdaş səhhəti ilə əlaqədar əvvəlki vəzifəsinə bərpa edilə bilməzsə, o zaman yeni vəzifəsindəki əmək haqqı bütün hallarda əvvəlki orta aylıq əmək haqqından aşağı olmayacaq.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.