"Çörək Nəqliyyat" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 30 aprel 2026-cı il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 81C ünvanında yerləşən obyektdə baş tutacaq.
İclasda cəmiyyətin idarəetmə orqanının yenidən müəyyən edilməsi və yeni qanuni təmsilçinin seçilməsi, eləcə də cəmiyyətin ləğvi məsələləri müzakirə ediləcək.
İştirakçıların qeydiyyatı iclas günü saat 09:00-dan başlayacaq.
Gündəlik üzrə əlavə materialları eyni ünvanda yerləşən ofisdən əldə etmək mümkündür.
Yığıncaqda səhmdarların şəxsiyyətlərini təsdiq edən sənədlə, nümayəndələrin isə notarial qaydada təsdiqlənmiş etibarnamə ilə iştirakı vacibdir.
Əlavə məlumat üçün əlaqə telefonu: (050) 512 31 31.












