"BakıElektrik Quraşdırma-2" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 1 may 2026-cı il tarixdə saat 10:00-da baş tutacaq.
İclasın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı və müəssisənin balansının təsdiqi, eləcə də digər məsələlər daxil edilib.
Yığıncaq Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 11 ünvanında keçiriləcək.
Əlavə məlumat üçün əlaqə telefonu: (994) 50 327 20 02.












