Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri sadələşdirilmiş vergiödəyicisi və ya öz istəyindən asılı olaraq son ardıcıl 12 aylıq dövriyyəsi 200 min manat olanlar gəlir və ya mənfəət vergisi ödəyicisi ola bilərlər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib ki, son ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan çox olan vergiödəyicisi növbəti aydan ƏDV ödəyicisi, həmçinin gəlir və ya mənfəət vergisiödəyicisi olur. Sadələşdirlmiş vergiödəyicisi kimi isə dövriyyədən 2 faiz vergi verilir.
Pərakəndə ticarət faəliyyəti ilə məşğul olan vergiödəyicisi eyni zamanda topdansatış fəaliyyəti ilə də məşğul ola bilər. Bu halda həmin vergiödəyicisi sadələşdirilmiş vergiödəyicisi olmaq hüququnu itirir.
Azərtac